Berluskoni Fransa prezidentinin xanımını ələ saldı

Berluskoni Fransa prezidentinin xanımını ələ saldı
17:53 16 May 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın keçmiş prezidenti Silvio Berluskoni Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronu özündən 24 yaş böyük həyat yoldaşına görə lağa qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş baş nazir Fransanın Birinci xanımı Bricit Makronu ələ salaraq, onu “Emmanuel Makronun anası” adlandırıb.

Silvio Berluskoni deyib ki, E.Makron çox uğurlu keçmişə sahib olan siyasətçidir:

“Emmanuel Makron 39 yaşında olan zəngin keçmişə sahib siyasətçidir. Ən vacibi isə Emmanuel Makronun həyat yoldaşının yanında uşaq olmasıdır. İndi Makronun yanında onun əlindən tutan çox gözəl anası var”.

Xatırladaq ki, 80 yaşlı Silvio Berluskoni hazırda 49 yaş kiçik olan Franseska Paskale adlı xanımla sevgilidir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR