Azərbaycan diplomatlarının fəaliyyətinə nəzarət qaydaları dəyişdirilir

Azərbaycan diplomatlarının fəaliyyətinə nəzarət qaydaları dəyişdirilir
17:57 16 May 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın diplomatik orqanlarının əməkdaşlarının fəaliyyətinə nəzarət genişləndirilir, bütün diplomatik xidmətdə olanların fəaliyyətinin attestasiya edilməsi qaydası konkretləşdirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Diplomatik xidmət haqqında" qanuna əlavə və dəyişiklik təklif edilir.
 
Layihəyə əsasən, qanunun 14-cü (Xidməti attestasiya və fəaliyyətin qiymətləndirilməsi) maddəsinə əlavə edilən yeni bəndə görə, "müvafiq vəzifələrdə azı 1 il çalışan diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər. Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfən çox olmayaraq keçirilir".
 
Maddənin 3-cü bəndi isə dəyişdirilərək belə verilir: "xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir". Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Xidməti attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir".
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 23-də müzakirəyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR