Bakıda 12 yaşlı oğlan itkin düşdü - FOTO

Bakıda 12 yaşlı oğlan itkin düşdü - FOTO
18:03 16 May 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 12 yaşlı uşaq itkin düşüb.

Azyaşlının yaxınlarının Trend-ə verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu Yasamal rayonundan Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Bakıxanov İdman Liseyinə gedərkən itkin düşüb: "Mayın 12-də səhər saatlarında Amil anası ilə birlikdə yaşadıqları Yasamal rayonu, II Alatava, ev 2/9 ünvanından çıxıb.

Anası onu metronun "20 yanvar" stansiyası yaxınlığından Bakıxanov istiqamətinə gedən marşrutla liseyə yola salıb. Lakin uşaq həmin liseyə getməyib. Azyaşlının hara getməsi barədə məlumat yoxdur. Liseydən bildiriblər ki, uşaq həmin gün dərsə gəlməyib. 3 günlük axtarışlar nəticəsiz qaldığından mayın 15-də valideynləri bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət ediblər. Hazırda polis də axtarışları davam etdirməsinə baxmayaraq itkin düşən 6-cı sinif şagirdindən heç bir xəbər yoxdur".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR