Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyi keçirildi

Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyi keçirildi
18:12 16 May 2017
Ölkə mətbuatı
A- A+

Mayın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli bəstəkar, dirijor, librettoçu, xalq artisti Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyinə  həsr edilmiş konsert keçirilib. Konsert bəstəkarın adını daşıyan 23 nömrəli Onbirillik musiqi məktəbində baş tutub.

Milli.Az bildirir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər.

Konsert görkəmli bəstəkarın əsərlərindən seçilmiş musiqi parçaları və onun "Qız qalası" baletindən fraqmentlərin nümayişi ilə başlayıb.

Daha sonra Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik musiqi məktəbinin istedadlı şagirdlərin ifasında S.Ələsgərov "Daimi hərəkət", Niyazi "Xoreoqrafik vals", T.Quliyev "Azərbaycana gəlsin", F.Şubert "Ekspromt", İ.Brams "Macar rəqsi №1", V.A.Motsart "Rondo", Villa Lobos "Polişinel" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/545348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR