Üzgüçümüz İslamiadada 3-cü qızıl medalını qazandı

Üzgüçümüz İslamiadada 3-cü qızıl medalını qazandı
18:15 16 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 3-cü qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, 200 m məsafəyə batterflay üsulu ilə üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı nəticəsi 1:57.72 olub.

Gümüş və bürünc medallara müvafiq olaraq türkiyəli üzgüçülər Kaan Özcan və Samet Alkan sahib olublar.

Xatırladaq ki, bundan öncə təmsilçimiz M.Şemberyov İslamiadada 1500 m məsafəyə sərbəst üsulla və 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışlarında qızıl medal əldə etmişdi.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR