Məşuqəsinə görə 3 aylıq körpəni ayaqyoluna atdı -

Böyük Britaniyada 60 il əvvəl, 3 aylıq körpə ikən ailəsi tərəfindən atılmış Votson adlı şəxs nəhayət ki, bacı-qardaşına qovuşub.

Metbuat.az-ın məlumatına görə, Votson ailəsini "Feysbuk" vasitəsilə Şotlandiyada tapıb. Bu işdə ona qızı kömək edib.

Votsonun acı taleyi 60 il əvvəl də mətbuatın gündəmini zəbt etmişdi. 3 aylıq körpə kinoteatrın ayaqyolunda kiçik ədyala bükülmüş vəziyyətdə tapılmışdı. Körpəyə onu tapan polisin adı verilib.

7 yaşına kimi uşaq evində qalan Votson sonradan övladlığa götürülüb. Həqiqəti öyrəndikdən sonra onu yalnız bir sual düşündürüb - niyə?! Suala qovuşduğu bacı-qardaşı aydınlıq gətirib.

Məlum olub ki, Votsonun atası məşuqəsiylə yaşamaq üçün ailəsini tərk edib. Həmin vaxt 3 aylıq körpə ayaqyoluna atılıb. Ananın bu işdə əlinin olub-olmadığı məlum deyil. Ata aylar sonra yenidən həyat yoldaşına qayıtsa da, ailə nədənsə Votsonu axtarmayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR