8 maddə üzrə axtarışda olan dələduz saxlanıldı - VİDEO - FOTO

8 maddə üzrə axtarışda olan dələduz saxlanıldı - VİDEO - FOTO
19:05 16 May 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı, xeyli müddət axtarışda olan rayon sakini saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, cinayət məcəlləsinin 8 maddəsi üzrə axtarışda olan Xəqani Əhmədli müxtəlif vaxtlarda həmyerliləri Zamiq Rzayev və digər şəxslərlə qabaqcadan əlbir olaraq rayon sakini Xəyal Həsənova hədə-qorxu gəlmək yolu ilə onun 3500 manat pulunu mənimsəyiblər.

Məlum olub ki, qrup üzvləri eyni cinayət əməlini Yardımlı rayon sakininə də törədərək, zorakılıq yolu ilə ondan 5300 manat pul əldə ediblər. 40 yaşlı Xəqani Əhmədli əvvəllər də cinayət məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

8 maddə üzrə axtarışda olan dələduz saxlanılıb


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/545455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR