Məşhur sovet aktyoru öldü - Şvrasneqqerlə filmə çəkilmişdi

Məşhur sovet aktyoru öldü - Şvrasneqqerlə filmə çəkilmişdi
19:05 16 May 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur sovet və amerikan aktyor Oleq Vidov 73 yaşında vəfat edib.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, Los-Ancelesdə yaşayan aktyorun ölüm xəbərini xanımı Coan Borsten  verib. O.Vidovun ölüm səbəbi kimi xərçəng xəstəliyinin ağırlaşması göstərilirş

Qeyd edək ki, Oleq Borisoviç Vidov geniş tamaşaçı kütləsinə kult sovet filmləri olan "Джентльмены удачи", "Всадник без головы", "Москва, любовь моя" ilə tanınıb. 1985-ci ildə o, ABŞ-a köçərək karyerasına orada davam edib. Aktyor Hollivudda da "Red Heat", "Vəhşi orxideya" (Wild Orchid), "13 gün" (Thirteen Days) kimi məşhur filmlərdə rol alıb. Onun tərəf müqabilləri arasında Arnold Şvrasneqqer, Mikki Ruruk, Uorren Bitti və digər dünya ulduzları olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR