ABŞ-ın energetika naziri Natiq Əliyevə MƏKTUB GÖNDƏRDİ

ABŞ-ın energetika naziri Natiq Əliyevə MƏKTUB GÖNDƏRDİ
19:27 16 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın energetika naziri Rik Perri Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb.

Milli.Az bildirir ki, Azərbaycan Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, R.Perri ABŞ-ın energetika naziri vəzifəsinə təsdiq olunması münasibətilə N.Əliyevin səmimi təbrikini yüksək qiymətləndirərək ona təşəkkürünü çatdırıb.

ABŞ-ın energetika naziri Dövlət Departmentinin missiyasına uyğun olaraq, qlobal enerji məsələləri ilə bağlı birgə işləmək və nailiyyətlər əldə etmək məqsədilə mümkün imkanları dəyərləndirməkdə maraqlı olduğunu bildirib.

R.Perrinin məktubunda qeyd olunub: "Sizin dəstəyinizi yüksək qiymətləndirirəm və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün sizinlə görüşmək niyyətindəyəm. Milli və qlobal enerji məsələləri ilə bağlı çağırışlara diqqət yönəlməsi bu gün çox mühümdür və mən bu məsələlər barədə sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/545474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR