Marina Nekrasova: Azərbaycanın bayrağı qalxanda və himni səslənəndə qəlbim sevinclə dolur (FOTO)

Marina Nekrasova: Azərbaycanın bayrağı qalxanda və himni səslənəndə qəlbim sevinclə dolur (FOTO)
19:29 16 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

İslam Həmrəyliyi Oyunları çərçivəsində İdman gimnastikası üzrə komanda hesabında qızıl medal, tirdə hərəkətlər və dayaqla tullanmada isə iki gümüş medal qazanan Azərbaycan idmançısı Marina Nekrasova öz uğurlarını gələcəkdə də inkişaf etdirəcək.

İdmançı Trend-ə açıqlamasında bildirib ki, əldə etdiyi nəticələr onu beynəlxalq səviyyədə qələbələrə daha da ruhlandırır:

"Biz Bakıda keçirilən İslamiadaya çox hazırlaşmışıq. Bütün çətinliklərə baxmayaraq - mən hətta xəsarət almışdım, bu gün xoşbəxtik ki, uğurlu çıxışlarımızla azarkeşlərin etimadını doğrultduq. Azərbaycanın bayrağı qalxanda və himni səslənəndə qəlbim sevinclə dolur".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2755345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR