Üzgüçülük komandamız İslamiadada 3-cü oldu

Üzgüçülük komandamız İslamiadada 3-cü oldu
19:43 16 May 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın qadın üzgüçülərdən ibarət komandası Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Trend-in məlumatına görə, 4X100 m sərbəs estafet üsulu ilə üzmə yarışında Alsu Bayramova, Yuliya Stisyuk, İlahə Raciyeva və Fatimə Əlkərəmovadan ibarət yığmamızın nəticəsi 4:08.37 olub.

Birinci yeri Türkiyə (3:47.77), ikinci yeri isə İndoneziya komandası (3.52:98) tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR