Azərbaycan gimnastı: "İslamiada çox xalqı birləşdirdi" - FOTO

Azərbaycan gimnastı: "İslamiada çox xalqı birləşdirdi" - FOTO
19:57 16 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Komanda hesabında qızıl, müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə isə gümüş medal qazanan 17 yaşlı Azərbaycan idmançısı Yekaterina Tişkovanın bu ilk beynəlxalq uğurları onun gələcək qələbələri üçün yaxşı stimul olacaq.

Milli.Az xəbər verir ki, Y.Tişkova Trend-ə bildirib ki, İslamiada təkcə idman bayramı deyil, həm də çox xalqı birləşdirən mühüm sülh və dostluq tədbiridir: "Bu mənim üçün ilk beynəlxalq uğurdur - dərhal da "qızıl" və "gümüş". Mən xoşbəxtəm! Qarşıda bizi hələ çoxlu yarışlar gözləyir. Biz də hər zaman çalışacağıq ki, adımızı idman tarixinə yazdıraq və Azərbaycan liderlər sırasında qalsın".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR