Yelena Çebanu paraatletika yarışlarında Azərbaycanın dördüncü qızıl medalını qazandı

Yelena Çebanu paraatletika yarışlarında Azərbaycanın dördüncü qızıl medalını qazandı
20:08 16 May 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında qadınlar arasında 100 metr məsafəyə qaçışda atletimiz Yelena Çebanu fərqlənib.

Bütün rəqiblərini qabaqlayan Y.Çebanu paraatletika yarışlarında Azərbaycanın dördüncü qızıl medalının müəllifi olub.

Gümüş medalı İndoneziya idmançısı Endanq Sitorus, bürünc mükafatı isə mərakeşli Məryəm Ən-Nuri qazanıblar.

Digər atletimiz İradə Əliyeva yarışı dördüncü pillədə başa vurub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR