20 Yanvar hadisələrində vəfat etmiş şəxslərə fəxri ad verildi

Prezident İlham Əliyev “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində aldıqları xəsarətlərdən vəfat etmiş aşağıdakı şəxslərə “20 Yanvar Şəhidi” fəxri adı verilsin:

Adilov Musa Ramazan oğlu

Məmmədova Rəna Təyyar qızı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR