Ombalarını böyüdən qadınların inanılmaz görüntüləri ortaya çıxdı - FOTO

Ombalarını böyüdən qadınların inanılmaz görüntüləri ortaya çıxdı - FOTO
20:52 16 May 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyada gizli kamerayla çəkilən görüntülər böyük bir səhiyyə qalmaqalının üstünü açıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qeyri-qanuni fəaliyyət göstərən klinikalarda hər gün bir çox qadın ölkənin "Miss Bum Bum"u seçilmək üçün ombalarına nə olduğunu belə bilmədikləri dərmanları "şpiris"lə "yeridirlər".

Braziliyada müasir dövrün simvollarından birinə çevrilən iri omba qadınlar arasında böyük bir rəqabət mühiti yaradıb. Belə ki, ölkədə hər il təşkil edilən "Miss Bum Bum" yarışının qalibi olmaq üçün qadınlar ağılagəlməyəcək üsullara əl atırlar.

Braziliya polisinin gizli kamerayla tutduğu bir klinikada qadınların ombalarına istifadəsi qadağan dərmanların vurulduğu ortaya çıxıb. 

Qeyd edək ki, 2013-cü ildə Sao Paulodan Suel də Olivera adlı gənc qadın eyni üsuldan istifadə səbəbi ilə həyatını itirmişdi.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR