“Rusiyanın müdaxiləsi müəyyən edilmiş faktdır” - ABŞ KƏŞFİYYATI

“Rusiyanın müdaxiləsi müəyyən edilmiş faktdır” - ABŞ KƏŞFİYYATI
20:53 16 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ-dakı seçkilərə kibermüdaxilədə Rusiya xüsusi xidmət orqanlarının iştirakını “müəyyən edilmiş fakt” hesab edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda MKİ-nin rəsmi nümayəndəsi Xizer Fris Xornyak bildirib.

“Seçkilərlə bağlı kibermüdaxilədə Rusiya xüsusi xidmət orqanlarının məsuliyyəti müəyyən edilmiş faktdır. Amma təəccüblü deyil ki, “Russia Today” kimi təbliğatçı kanal bu faktları dolaşdırmağa çalışacaq”, - o deyib.

Qeyd edək ki, Amerika xüsusi xidmət orqanları Rusiyanın ötən il ABŞ-da keçirilən prezident seçkisi kampaniyasına kibermüdaxilə etdiyini iddia edirlər. Hazırda Konqresdə “Rusiya izi” haqqında araşdırma aparılır.

Ancaq Moskva ittihamları tamamilə əsassız hesab edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR