Prezidentin birinci müavini namizədliyini geri götürdü -

İranda daha bir namizəd prezidentlik uğrunda mübarizəni dayandırıb.

Metbuat.az-ın məlumatına görə, prezidentin birinci müavini İshaq Cahangiri Həsən Ruhaninin xeyrinə namizədliyini geri götürüb.

Xatırladaq ki, daha öncə Tehran meri Məhəmməd Baqir Qalibaf Xalq Cəbhəsinin digər namizədi İbrahim Rəisinin xeyrinə geri addım atmışdı.

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR