Oğlu avtomobillə atasının üstündən keçərək qaçdı - VİDEO

Oğlu avtomobillə atasının üstündən keçərək qaçdı - VİDEO
21:22 16 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğlu avtomobillə atasının üstündən keçdi, sonra hadisə yerindən qaçdı.

Xezerxeber.az məlumat verir ki, dəhşətli hadisə Sumqayıt şəhəri "20-ci məhəllə" adlanan ərazidə olub. Şabran rayon sakini Nizami Rəsulov yolun kənarı ilə gedərkən arxadan gələn avtomobillə qəsdən vurulub. Avtomobil yerə yıxılan kişinin üstündən keçib. Sonradan məlum olub ki, hadisəni mərhumun oğlu Nazim Rəsulov törədib.
Səs-küyə gələn qonşular hələ də hadisənin şokunu üzərlərindən atmayıb.
Dəhşətli hadisə azyaşlı uşağın gözləri qarşısında olub.
Piyada aldığı xəsarətlərdən elə yerində dünyasını dəyişib. Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində hadisəni törədən avtomobil müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobili idarə edən şəxs - mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib. Faktla əlaqədar araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR