Tramp: “ABŞ PKK və İŞİD-lə mübarizədə Türkiyəni dəstəkləyir”

Tramp: “ABŞ PKK və İŞİD-lə mübarizədə Türkiyəni dəstəkləyir”
22:08 16 May 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

Donald Tramp PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ABŞ-ın Türkiyəni dəstəklədiyini bildirib.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib.

“Bu gün biz yeni düşmənlə üzləşmişik və onunla birlikdə mübarizə aparmalıyıq. Biz son vaxtlar bir çox terror hücumları ilə üzləşmişik, biz birlikdəyik və Türkiyə xalqına dəstəyimizi təklif edirik. Biz terrorla mübarizədə öndə gedən, İŞİD və PKK kimi terror qruplaşmaları ilə mübarizə aparan Türkiyəni dəstəkləyirik”, - deyə Tramp qeyd edib.

Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

O, Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu qeyd edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR