Bakı-2017: Azərbaycan idmançısından növbəti nümunəvi hərəkət (VİDEO)

Bakı-2017: Azərbaycan idmançısından növbəti nümunəvi hərəkət (VİDEO)
22:08 16 May 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı. Taleh Ağaverdiyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi taekvando yarışının yarımfinalında Azərbaycan idmançısı nümunəvi hərəkəti ilə yadda qalıb.

Trend-in məlumatına görə, mübarizə aparan təmsilçimiz Qaşım Maqomedov yarımfinal görüşündə zədələnən türkiyəli rəqibi Deniz Dağdeleni ayağa qalxmasına və yarış yerini tərk etməsinə kömək edib.

Bakı-2017: Azərbaycan cüdoçusundan nümunəvi hərəkət (VİDEO)

Qeyd edək ki, bundan əvvəl kişi cüdoçuların komanda yarışının finalında Azərbaycan idmançısı Uşanqi Kokauri zədələnən əlcəzairli rəqibi Nəcib Temmarın ayağa qalxmasına kömək edib.

Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2755403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR