Niyə behişt və cəhənnəm əbədidir?

Niyə behişt və cəhənnəm əbədidir?
22:12 16 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

İbni Haşim nəql edir: "Həzrət Əba Abdullahdan (ə) behiştlə cəhənnəmin cavidan olmasının sirri barəsində soruşdum.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) buyurdu: "Cəhənnəm əhli cəhənnəmdə ona görə əbədidirlər ki, niyyətləri bu olmuşdur: əgər dünyada həmişəlik olsalar, Allah Təalaya üsyan və itaətsizlik etsinlər.
Behişt əhli ona görə cavidan behiştdədirlər ki, dünyada niyyətləri bu olmuşdur: əgər dünyada qalıcı olsalar, davamlı olaraq Allaha ibadət etsinlər.
Ona görə də bu iki dəstənin niyyəti behişt və cəhənnəmdə əbədi olmaqlarına bais olmuşdur".
Sonra Həzrət (ə) bu ayəni tilavət edir: "De: "Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir)". ("İsra" 84).
Buyurdu: Yəni, öz niyyət və qəsdinə görə". (Həvzəh)
Allah Təala bizləri niyyəti İlahi olanlardan qərar versin!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR