Keçəlliyə səbəb olan hüceyrələr müəyyən edildi

Keçəlliyə səbəb olan hüceyrələr müəyyən edildi
22:17 16 May 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikalı elm adamları keçəlliyə və saçın ağarmasına səbəb olan hüceyrələri ilk dəfə qəti olaraq müəyyən etdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Amerikada yerləşən Cənub-qərb (Southwestern) Sağlamlıq Mərkəzinin​ laboratoriyasında aparılan xərçəng araşdırmaları zamanı, saçların tökülməsinə səbəb olan hüceyrələr ilk dəfə müəyyən edilib.
 
Tədqiqatda saçların uzanmasını təmin edən hüceyrələrlə yanaşı, saç ağarmasına səbəb olan hüceyrələr də ilk dəfə müəyyən edildi.
 
Siçanlar üzərində aparılan təcrübədə SCF və KROX20 adlı zülalların siçanlardan götürüldüyü zaman saç uzanmasının dayandığı və saçların ağardığı müşahidə olunub.
 
Bu kəşf sayəsində saçın uzanmasını təmin edən hüceyrələrdə gen müalicəsini tətbiq edərək, ümumbəşəri bir problem olan keçəlliyi müalicə edə bilmək mümükün olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR