Hər bir insan öz canını bu bazarda satır

Hər bir insan öz canını bu bazarda satır
22:47 16 May 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Quran bizlərə həqiqi möminləri belə tanıdır: "(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver". ("Tövbə" 112).

Başqa yerdə buyurulur: "Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olar". ("Əhzab" 71).
"Həqiqətən bu gün Mən onları səbirləri müqabilində mükafatlandırdım. Doğrudan da onların hamısı uğur qazanıblar". ("Muminun" 111).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu müasir dünyada əgər bu sualı kimə versək, əlbəttə ki, bizə müxtəlif cavablar verəcəklər. Bəziləri üçün uğur qazanmaq rifaha çatmaqdır, bəziləri üçün vəzifəyə çatmaqdır. Lakin Quranın nəzəri tamamilə başqadır. Bu İlahi kitabın nəzərinə görə, həqiqi uğur qazananlar - möminlər və haqq yolunu gedənlərdir. (Tebyan)
Dünya bazardır və hər bir insan öz canını bu bazarda satır. Ancaq mühüm olan - müştəridir, yəni hansı müştərini seçməkdir.
Bəziləri canlarını Allaha satırlar, bəziləri Allahın xəlqinə. Allah həqiqətən də bu canların müştərisidir və bu canlara ən çox dəyər verəndir. Mühüm olan budur ki, insanın ölümü Allah yolunda olsun.
Onun üçün mühüm olan bizim canımızım keyfiyyəti və niyyətimizin xalisliyidir.
"Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan - (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur'anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!". ("Tövbə" 111).
Ona görə də deyə bilərik ki, bu dünyada həqiqi uğur qazananlar - Allah yolunda gedənlər və möminlərdir. Məğlub olanlar isə Allahdan qeyrisi ilə ticarət edənlərdir.
"Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, Allahdan qorxsa və Ondan çəkinsə, belələri həqiqətən uğur qazananlardır". ("Nur" 52).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR