"Biz Türkiyənin arxasındayıq" -

ABŞ prezidenti Donald Tramp İŞİD və PKK ilə mübarizədə Türkiyəni dəstəklədiyini bəyan edib.

Metbuat.az-ın məlumatına görə, Donald Tramp Vaşinqtonda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirilən mətbuat konfransında bunları deyib:

"Bu gün biz yeni düşmənlə üz-üzəyik. Son zamanlarda çoxlu terrorçu hücumları ilə qarşılaşmışıq. Buna baxmayaraq, biz birlikdəyik və Türkiyə xalqına öz dəstəyimizi təklif edirik. Biz terrorizmlə mübarizə aparan, İŞİD və PKK kimi terror təşkilatlarına qarşı döyüşən Türkiyənin arxasındayıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR