Müharibə bu tarixdə başlayacaq: Putinin YENİ SSENARİSİ AÇIQLANDI

Müharibə bu tarixdə başlayacaq: Putinin YENİ SSENARİSİ AÇIQLANDI
23:03 16 May 2017
184 Dünya
Ölkə mətbuatı
A- A+

2017-ci ilin payızında Donbasda vəziyyət qəti dəyişəcək.

Publika.az xəbər verir ki, bu haqda hərbi ekspert və bloger Aleksey Arestoviç “Apostrof” nəşri üçün yazdığı məqaləsində bildirib.

Hərbi ekspert hesab edir ki, qarşıdakı seçkilərdə (2017-ci il sentyabrın 10-da Rusiya Dövlət Dumasına, 2018-ci ilin martında isə prezident seçkiləri keçiriləcək - red.) prezident Vladimir Putinin imicini Donbasda vəziyyətin ehtimal olunan gərginləşməsi xilas edə bilər.

Onun sözlərinə görə, “həmyerlilərin müdafiəsi” adı altında Rusiya qoşunlarının Donbasa daxil edilməsini Rusiya ilə birləşmək üçün keçiriləcək referendum izləyə bilər.

“Belə ssenariyə Rusiya tərəfindən ciddi baxılır”, - Arestoviç vurğulayıb.

Hərbi ekspert qeyd edib ki, Ukrayna indiyə qədər Donbası işğal edilmiş ərazi olaraq tanımayıb. Arestoviç bildirir ki, bu, beynəlxalq səviyyədə Rusiyaya təzyiq göstərmək imkanlarını əhəmiyyətli dərəcədə aşağı salır.

“Həmçinin Minsk razılaşmalarının altında imzasının olmasına baxmayaraq, Putinin hər hansı məsuliyyəti haqqında danışmaq mənasızdır. Nə qədər ki, təcavüzkar münaqişə tərəflərindən birinin zamini olaraq qalır, Minsk razılaşmalarının heç bir nəticəsi olmayacaq. Hazırda Minsk razılaşmaları adi kağıza çevrilib, onu heç kim yerinə yetirmir, amma hamını razı salır”, - Arestoviç yazıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR