İdmançılarımız İslam Oyunlarının 5-ci gününü 13 medalla başa vurdular

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 5-ci gün geridə qaldı.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan millisi 8-i qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla, ümumilikdə günü 13 medalla başa vurub. İdmançılarımız atletika, paraatletika, güllə atıcılığı, taekvondo və üzgüçülükdə mükafatçılar sırasına düşə biliblər.

Hazırda yığmamızın aktivində 81 medal var. Bunlardan 41-i qızıldır. Azərbaycan millisi ümumi medal sıralamasında təkcə Türkiyədən geri qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR