Prezident İlham Əliyev Norveç kralını təbrik edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Norveçin kralı Əlahəzrət V Haralda təbrik məktubu ünvanlayıb.

Metbuat.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və rifah arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR