Bakıda avtomobil evakuatorun üzərində radara düşdü – YENİLƏNİB - FOTO

Bakıda avtomobil evakuatorun üzərində radara düşdü – YENİLƏNİB - FOTO
23:32 16 May 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Evakuatorun üzərində olan avtomobilin radara düşməsi ilə bağlı məlumatlara DYP münasibət bildirib.

Milli.Az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov baku.ws-ə açıqlamasında bildirib ki, sözügedən şəkillə bağlı artıq araşdırma aparılıb:

"İlkin olaraq deyə bilərəm ki, evakuator idarə edən sürücü Yusif Səfərov küçəsi ilə hərəkət edərkən 71 km. saat sürət həddi ilə hərəkət etdiyi üçün həmin küçədə olan kamera tərəfindən qeydə alınıb və 10 manat məbləğində cərimənin ödənilməsi ilə bağlı fotomaterial hazırlanıb. Kamera evakuator avtomobilini dövlət nömrə nişanının aşağıda olması səbəbi ilə qeydə ala bilməyib. Yük maşının üzərində olan cipin nömrəsi qeydiyyata alınıb. Təbii ki, avtomobilin də nömrəsi qeydə alındığı üçün həmin dövlət nömrə nişanının qeydiyyatda olduğu ünvana fotomaterial göndərilib. Bunu sadəcə texniki vasitənin səhvi kimi qəbul etmək olar. Maşın sahibi də narahat olmasın. Məsələ araşdırılaraq öz həllini tapacaq və problem aradan qaldırılacaq".
 
Vaqif Əsədov əlavə edib ki, sürücülər bu kimi hallarda ilk olaraq məlumatı Dövlət Yol Polisinə göndərməlidir:

"Amma çox zaman təəssüf ki, bunu mətbuatda yayaraq ictimailəşdirirlər. Sürücü hər hansı qayda pozuntusu ilə razılaşmır və bunun yanlış olduğunu güman edirsə, aidiyyəti orqana müraciət etsə daha yaxşı olar".

Vaqif Əsədov onu da qeyd edib ki, bu kimi hallara başqa ölkələrdə də rast gəlinir. Məsələn Rusiyada avtomobilin kölgəsi qadağan olunmuş zolağa düşdüyünə görə, kamera onu qayda pozuntusu kimi qeydə alıb. O, bununla bağlı fotoları da redaksiyaya göndərib. Sonda polkovnik qeyd edib ki, belə texniki səhvlər hər yerdə baş verir və araşdırılaraq aradan qaldırılır.

17:21

Bakıda qəribə hadisə baş verib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, evakuatorun üzərində olan avtomobil radara düşüb.

Avtomobilin sahibinə qayda pozuntusu ilə bağlı MMX göndərilib.

Həmin MMX-nin surətini təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR