Ərdoğan Suriya və İraqda ABŞ-la əməkdaşlıqdan danışdı

Ərdoğan Suriya və İraqda ABŞ-la əməkdaşlıqdan danışdı
23:54 16 May 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Ankara və Vaşinqton  Suriya və İraqda birgə addımların variantlarını nəzərdən keçirirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşü zamanı deyib.

 

“Biz Suriya və İraqda göstərə biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk”, - deyə Ərdoğan bildirib.   Türkiyə lideri qeyd etdiyi səylərin mahiyyətini açıqlamayıb.  

 

Qeyd edək ki, ABŞ bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin terrorçuların İraq ərazisindəki mövqelərinə zərbələr endirməsinə etiraz edib. Vaşinqton iddia edir ki, bu cür zərbələr rəsmi Bağdadla razılaşdırılmalıdır.

 

Rəsmi Ankara isə, öz növbəsində, ABŞ-ın Suriyadakı  PYD/YPG kürd terror qruplaşmalarına dəstək verməsinə dəfələrlə etirazını bildirib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR