ABŞ və Türkiyə bu məsələlərdə razılığa gəldilər

ABŞ və Türkiyə bu məsələlərdə razılığa gəldilər
00:08 17 May 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ lideri Donald Tramp PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ölkəsinin Türkiyəni dəstəklədiyini bildirib.

Trend Sputnik-ə istinadən bildirir ki, bunu Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bəyan edib.

“Bu gün biz yeni düşmənlə üzləşmişik və birlikdə onunla mübarizə aparmalıyıq. Son vaxtlar bir çox terror hücumları ilə üzləşmişik. Biz birlikdəyik və Türkiyə xalqına dəstəyimizi təklif edirik. Biz terrorla mübarizədə öndə gedən, İŞİD və PKK kimi terror qruplaşmaları ilə mübarizə aparan Türkiyəni dəstəkləyirik” - deyə Tramp bildirib.

Öz növbəsində Türkiyə prezidenti ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. Ərdoğan Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2755420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR