ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirib
00:37 17 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Amerika hökuməti birtərəfli qaydada sanksiya tətbiq etdiyi Suriya fiziki və hüquqi şəxslərinin siyahısını genişləndirib.
"Report" xəbər verir ki, sanksiyalar Suriya prezidenti Bəşər Əsədin yaxın ətrafına da şamil edilib.
"Qara siyahı"ya 5 fiziki və eyni sayda hüquqi şəxs əlavə olunub: Məhəmməd ibn Məhəmməd Faris Kuvaydir, İhab Mahluf, Məhəmməd Abbas, Samir Sahir Dərviş, İyad Mahluf, həmçinin "Al-Ajnihah", "SCIT" və "Barly Off-Shore" şirkətləri, "Cham Islamic Bank" bankı, "Al-Bustan" xeyriyyə təşkilatı.
Sanksiyalar Suriya hökumətinin zorakılıq aktlarını davam etdirməsi iddiaları səbəbindən tətbiq edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-suriyaya-qarsi-sanksiyalari-genislendirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR