Tramp kəşfiyyat xarakterli məxfi məlumatları Lavrova ötürüb -

ABŞ prezidenti Donald Tramp Rusiya Xarici işlər naziri Sergey Lavrova kəşfiyyat xarakterli məxfi məlumatlar ötürüb. Sözügedən informasiya İsraildəki mənbədən əldə edilib.

Metbuat.az bildirir ki, bu barədə "The New York Times" məlumat yayıb. ABŞ nəşri mövzunu bir neçə məmurla dəqiqləşdirib.

"The New York Times" məlumatların İsrailin əsas rəqiblərindən biri olan İrana ötürülə biləcəyini istisna etmir.

İsrailin ABŞ-dakı səfiri Ron Dermer məsələ ilə bağlı bunları deyib:

"İsrail kəşfiyyat xarakterli məlumatlarında mübadiləsi prosesində ABŞ-a tam etibar edir".

Qeyd edək ki, NYT-dan öncə "Washington Post" Donald Trampın Sergey Lavrovla görüşü zamanı İŞİD-lə bağlı bəzi məxfi məlumatları rusiyalı nazirə ötürdüyünü yazmışdı.

Xatırladaq ki, Tramp ali baş komandan kimi istənilən informasiyanı məxfilik statusundan çıxarmaq hüququna malikdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR