ABŞ-da naməlum şəxsə görə Ağ evə giriş-çıxış bağlanıb

ABŞ-da naməlum şəxsə görə Ağ evə giriş-çıxış bağlanıb
01:17 17 May 2017
128 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ ABŞ-da naməlum şəxsin hasardan tullanaraq Ağ evin həyətinə daxil olması səbəbindən binaya giriş-çıxış bağlanıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, insident barədə ABŞ-ın məxfi xidməti öz "Twitter" səhifəsində yazıb.
Sözügedən şəxsin saxlanıldığı qeyd olunur.
Agentliyin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri ilə əlaqədar Ağ evdə təhlükəsizlik tədbirləri gücləndirilib. Eyni zamanda bildirilir ki, insident Ərdoğan binanı tərk etdikdən sonra baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/namelum-sexse-gore-ag-eve-giris-cixis-baglanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR