Premyer Liqa:

İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınmış görüş keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Arsenal" "Sanderlend"i qəbul edib.

Oyunda hesab 72-ci dəqiqədə açılıb. Məsut Özilin ötürməsini Aleksis Sançes qapıdan keçirib. Çox keçmədən çilili futbolçu dublunu rəsmiləşdirib. Qalan dəqiqələr ərzində başqa qol vurulmayıb.

İngiltərə Premyer Liqası

34-cü tur

"Arsenal" - "Sanderlend" - 2:0

Qollar: Sançes, 72; 81

Xallarının sayını 72-yə çatdıran "Arsenal" hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR