İngiltərə Premyer Liqası:

İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınmış oyunda "Mançester Siti" "Vest Bromviç"i qəbul edib.

Metbuat.az-ın məlumatına görə, görüşdə hesab 27-ci dəqiqədə açılıb. Ev sahiblərinin heyətində Qabriel Jezuş fərqlənib. Cəmi iki dəqiqə sonra Kevin de Bröyne fərqi artırıb. İkinci hissədə Yaya Ture komandasının üçüncü qoluna imza atıb. Matçın sonlarında fərqlənən Robson-Kanu isə yekun hesabı müəyyənləşdirib - 3:1.

İngiltərə Premyer Liqası

34-cü tur

"Mançester Siti" - "Vest Bromviç" - 3:1

Qollar: Jezuş, 27, De Bröyne, 29, Ture, 57 - Robson-Kanu, 87

Qələbə sayəsində xallarının sayını 75-ə çatdıran "Mançester Siti" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR