Parisdə ADR-in 99-cu ildönümünə həsr olunmuş sərginin vernisajı keçirilib

Parisdə ADR-in 99-cu ildönümünə həsr olunmuş sərginin vernisajı keçirilib
02:37 17 May 2017
Ölkə mətbuatı
A- A+

Paris. 17 may. REPORT.AZ/ Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı və Paris Azərbaycan Evinin dəstəyi ilə Azərbaycan Demokratik Respublikasının (ADR) 99-cu ildönümü münasibətilə Azərbaycan fotoqraflarının əsərlərindən ibarət "Azərbaycana səyahət" adlı sərginin vernisajı keçirilib.
"Report"un Fransa bürosu xəbər verir ki, sərginin təşkil edilməsində məqsəd mahir fotoqrafçılarımızın əl işləri vasitəsilə fransız xalqını Azərbaycan haqqında məlumatlandırmaqdır.
Parisin "Press Klub"unda təşkil edilmiş tədbirdə Fransanın Azərbaycandakı səfiri Elçin Əmirbəyov, senator Alən Vassel, Azərbaycan Dostları Assosiasiyasının prezidenti, deputat Jan-Fransua Mansel, digər rəsmi şəxslər, o cümlədən vəkillər, jurnalistlər iştirak ediblər.
Səfir Elçin Əmirbəyov qonaqlara ADR haqqında məlumat verərək dünyəvilik və müstəqilliyin bu respublikanın atributlarından olduğunu qeyd edib. O, çıxışında Azərbaycanın bu gün mədəniyyətlərarası dialoqun platformasına, tolerantlıq məkanına çevrildiyini söyləyib.
Paris Azərbaycan Evinin və Azərbaycanın Dostları Assosiasiyasının Fransada Azərbaycanı tanıtmaq istiqamətindəki fəaliyyətərini yüksək qiymətləndirən səfir, bu səylərin nəticəsi olaraq bu gün Fransada Azərbaycanın dostlarının sayının durmadan artdığını vurğulayıb.
Deputat Jan-Fransua Mansel mərasimdə çıxış edərək əfsanəvi təbiəti və möhtəşəm abidələri əks etdirən bu fotoların Azərbaycana səyahət etmiş fransalılar üçün gözəl xatirələrlə dolu olduğunu, səyahət etməyənlərdə isə bu ölkəni kəşf etmək arzusu oyatdığını söyləyib.
Senator Alən Vassel "Report"a verdiyi müsahibəsində bu sərginin paytaxtdan, o cümlədən Azərbaycanın şəhərlərindən kənarlarda olan möcüzəvi təbiətini, özünün hələ ki, gedib çata bilmədiyi dağlarını, göllərini kəşf etmək imkanı yaratdığını bildirib. Senator tezliklə mütləq Azərbaycana qayıdaraq bu əfsanəvi yerlərə səyahət edəcəyini deyib. O, ölkəmizin, mədəniyyətimizin, tariximizin onun üçün böyük maraq kəsb etdiyini, adət-ənənələrimizlə yaxından tanış olmaq, xüsusilə bu gözəl təbiətin qoynuna, ucqar yerlərə gedib çıxmaq arzusunda olduğunu bildirib.
Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva sərgidə nümayiş etdirilən fotolar və onların müəllifləri haqqında vernisaj iştirakçılarına ətraflı məlumat verib. O, sərgidə üç azərbaycanlı fotoqrafın, Etibar Cəfərovun, Vüqar İbadovun və Kərim Abbasovun şəkillərinin nümayiş olunduğunu diqqətə çatdırıb.
Sərgi may ayının 31-dək davam edəcək.

















Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/parisde-adr-in-99-cu-ildonumune-hesr-olunmus-serginin-vernisaji-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR