Sinqapurda avtomobil satan 15 mərtəbəli avtomat istifadəyə verilib

Sinqapurda avtomobil satan 15 mərtəbəli avtomat istifadəyə verilib
03:32 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Sinqapurda idman avtomobillərinin satışı üzrə 15 mərtəbəli avtomat istifadəyə verilib.
"Report" xəbər verir ki, "Autobahn Motors" şirkəti tərəfindən inşa edilən bina 60 ədəd avtomobil tutumuna malikdir.
Müştərinin maşın almaq üçün birinci mərtəbədə yerləşən sensorlu displeydə münasib modeli seçməsi tələb olunur. Seçim edildikdən sonra avtomat lazımi idman avtomobilini alıcıya təqdim edir. Ödəniş onlayn həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/sinqapurda-avtomobil-satan-15-mertebeli-avtomat-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR