14 mindən çox "Audi" geri çağırıldı

14 mindən çox "Audi" geri çağırıldı
04:48 17 May 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

"Volkswagen Qrup Rus" şirkəti Rusiyada 14 mindən çox "Audi" markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar soyuducu maye nasosunun həddən artıq qızması ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış A4, A5, A6 və Q5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/199062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR