Bakıda binada 2 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib, sakinlər təxliyə edilib

Bakıda binada 2 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib, sakinlər təxliyə edilib
05:22 17 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Bakının Xətai rayonunda hündürmərtəbəli binada 2 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.
"Report"un xəbərinə görə, yanğın Gəncə prospekti, 29 ünvanında yerləşən 21 mərtəbəli binanın şaxtasında qeydə alınıb.
Yanğın tüstülənmə ilə müşahidə olunub. Nəticədə bina sakinlərindən biri azyaşlı olmaqla iki nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 texnikası, o cümlədən canlı qüvvəsi və "təcili yadım"ın 4 maşını cəlb edilib. Bütün bina sakinləri təxliyə olunub.
İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısa qapanma səbəb olub.
Yanğının dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-binada-2-neferin-xesaret-almasi-ile-neticelenen-yangin-bas-verib-sakinler-texliye-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR