ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi
05:48 17 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika hökuməti birtərəfli qaydada sanksiya tətbiq etdiyi Suriya fiziki və hüquqi şəxslərinin siyahısını genişləndirib.

Publika.az xəbər verir ki, sanksiyalar Suriya prezidenti Bəşər Əsədin yaxın ətrafına da şamil edilib.

"Qara siyahı"ya 5 fiziki və eyni sayda hüquqi şəxs əlavə olunub: Məhəmməd ibn Məhəmməd Faris Kuvaydir, İhab Mahluf, Məhəmməd Abbas, Samir Sahir Dərviş, İyad Mahluf, həmçinin "Al-Ajnihah", "SCIT" və "Barly Off-Shore" şirkətləri, "Cham Islamic Bank" bankı, "Al-Bustan" xeyriyyə təşkilatı.

Sanksiyalar Suriya hökumətinin zorakılıq aktlarını davam etdirməsi iddiaları səbəbindən tətbiq edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR