Bakıda qonşular arasında söyüş üstündə kütləvi dava düşüb, xəsarət alan var

Bakıda qonşular arasında söyüş üstündə kütləvi dava düşüb, xəsarət alan var
05:52 17 May 2017
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qonşular arasında söyüş üstündə kütləvi dava baş verib.
"Report"un xəbərinə görə, Maştağa qəsəbəsi, "Gülçülük Sovxozu" kimi tanınan ərazidə 1970-ci il təvəllüdlü Əliyev Həsən Yaşar oğlu qonşuluqda yaşayan şəxslərə söyüş söydükləri üçün irad tutub.
Nəticədə o, dörd nəfər tərəfindən küt alətlə döyülüb. H.Əliyev ağır kəllə-beyin travması və bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qonsular-arasinda-soyus-ustunde-kutlevi-dava-dusub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR