FHN Bakının Xətai rayonundakı bina yanğını ilə bağlı məlumat yayıb

FHN Bakının Xətai rayonundakı bina yanğını ilə bağlı məlumat yayıb
06:32 17 May 2017
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi gecə saatlarında Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
"Report" FHN-in saytına istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/fhn-bakinin-xetai-rayonundaki-bina-yangini-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR