Roma papası İtaliya Kuboku öncəsi "Yuventus" və "Latsio"ya xeyir-dua verib

Roma papası İtaliya Kuboku öncəsi "Yuventus" və "Latsio"ya xeyir-dua verib
07:02 17 May 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Roma papası Fransisk Vatikandakı Apostol sarayında bu gün futbol üzrə İtaliya Kubokunun final oyununda üz-üzə gələcək "Yuventus" və "Latsio" klublarının nümayəndə heyətlərini qəbul edib.
"Report" xəbər verir ki, görüşdə futbolçu və məşqçilərdən savayı, hər iki klubun rəhbəri, həmçinin İtaliya Futbol Federasiyasının rəhbəri Karlo Tavekkio iştirak edib.
“Peşəkar futbolun, xüsusilə də gənc insanlar arasında hansı diqqəti cəlb etdiyini həmişə xatırlayın. Sizin üzərinizə böyük məsuliyyət düşür. Mən sizə sədaqət, düzgünlük, harmoniya və humanizm nümunəsi olmağı arzulayıram", - deyə Roma papası bildirib.
İtaliya Kuboku uğrunda həlledici görüş bu gün Romanın “Olimpiko” stadionunda keçiriləcək.




Xəbərin orijinal ünvanı: https://report.az/futbol/roma-papasi-i-taliya-kuboku-oncesi-yuventus-ve-latsio-ya-xeyir-dua-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR