Məşhur futbolçuya 4 milyon dollar "atdılar" - FOTO

Məşhur futbolçuya 4 milyon dollar "atdılar" - FOTO
07:13 17 May 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

“Fənərbaxça”nın hollandiyalı futbolçusu Qreqori Van Der Vil Türkiyədə dələduzluğa məruz qalıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı futbolçu İstanbulda polis bölməsinə müraciət edərək, iki yerli vətəndaşın onu aldatdığını bildirib. O, həmin şəxslərin birgə iş qurmaq adıyla ondan ümumilikdə 4 milyon dollar aldıqlarını, lakin sonradan bu pulu qaytarmadıqlarını bildirib.

Polis dərhal məsələylə bağlı təhqiqata başlayıb, Ümit və Sinan adında iki Türkiyə vətəndaşı həbs edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/199077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR