Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 35 nəfər təxliyyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 35 nəfər təxliyyə edilib
07:55 17 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilmiş, 35 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2755448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR