Türkiyənin ABŞ-dakı səfirinin iqamətgahı qarşısında toqquşma nəticəsində 9 nəfər xəsarət alıb

Türkiyənin ABŞ-dakı səfirinin iqamətgahı qarşısında toqquşma nəticəsində 9 nəfər xəsarət alıb
07:57 17 May 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Çərşənbə axşamı Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıcın iqamətgahı qarşısında prezident Rəcəb Tayyib Ərdoğan tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində iqamətgaha yaxın ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb, nəqliyyatın hərəkətində müvəqqəti fasilə yaranıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya çatdırılıb, ikisinin vəziyyəti daha ağırdır.
İnsidentə hansı tərəfin səbəb olduğu hələ ki, məlum deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyenin-abs-daki-sefirinin-iqametgahi-qarsisinda-toqqusma-neticesinde-9-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR