Türkiyə kubokunda ilk finalçı bəlli oldu

Türkiyə kubokunda ilk finalçı bəlli oldu
07:57 17 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Kubokunda 2016/17 mövsümündə ilk finalçının adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarımfinalın ilk cavab görüşündə "Konyaspor"la "Kasımpaşa" qarşılaşıb.

Əvvəlki oyunda səfərdə 2:3 hesabı ilə məğlub olan "Konyaspor" doğma meydan amilini yaxşı dəyərləndirib. Riçard Bayiçin dublu ilə 2:0 hesablı qələbə qazanan Aykut Kocamanın yetirmələri ilk finalçı olublar.
 
Konyalıların rəqibinin adına isə bu gün oynanılacaq matçda aydınlıq gələcək. İlk görüşdə 2:2 hesablı bərabərliyə razılaşan "Başakşəhər" ilə "Fənərbaxça" cavab görüşündə münasibətlərinə aydınlıq gətirəcəklər.
 
Türkiyə kuboku
Yarımfinal, cavab oyunu
 
15 may
"Konyaspor" - "Kasımpaşa" - 2:0
Qollar: Bayiç, 18 (pen.), 58
İlk oyun: 2:3

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR