Bakıda yaşayış binasında yanğın - 35 nəfər təxliyə olundu

Bakıda yaşayış binasında yanğın - 35 nəfər təxliyə olundu
08:18 17 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yaşayış binasında yanğın baş verib.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində baş verib. Nəticədə girişin şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR