Bakıda arasında söyüş üstündə kütləvi dava düşüb, xəsarət alan var

Bakıda arasında söyüş üstündə kütləvi dava düşüb, xəsarət alan var
08:32 17 May 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda qonşular arasında söyüş üstündə kütləvi dava baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Maştağa qəsəbəsi, "Gülçülük Sovxozu" kimi tanınan ərazidə 1970-ci il təvəllüdlü Əliyev Həsən Yaşar oğlu qonşuluqda yaşayan şəxslərə söyüş söydükləri üçün irad tutub.

Nəticədə o, dörd nəfər tərəfindən küt alətlə döyülüb. H.Əliyev ağır kəllə-beyin travması və bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/545556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR