"O top yox, top-top-top qapıçıdır"

"O top yox, top-top-top qapıçıdır"
08:52 17 May 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Xosep Qvardiola "Milan"ın qapıçısı Canluici Donnarumma haqda fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Sky Sports"a müsahibəsində o deyib ki, italiyalı gənc qolkiperin böyük istedadı var.

"Donnarumma top yox, top-top-top qapıçıdır. Qapıçıdan nə gözləyirəm? Onların vəzifəsi öz qapısını toxunulmaz saxlamaqdır. Bu, ən vacib məsələdir. Top qapıya gedirsə onu saxlamalısan" - deyə Qvardiola bildirib. 

Qeyd edək ki, Britaniya mediasında "Mançester Siti"nin Donnarummaya görə 30 milyon funt təklif etdiyi bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR